Hücumun təşkilatçıları cəzalandırılacaq – Kreml

“Ukrayna ordusunun Belqorod şəhərində həyata keçirdiyi hücumunun bütün günahkarları və təşkilatçıları cəzalandırılacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yazılı açıqlamada, Kiyevin bu addım ilə qeyri-insani və despotik simasını bir daha nümayiş etdirdiyi qeyd olunub.

“O, Belqorod şəhərinin mülki məhəllələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə hücum edərək yeni rüsvayçı və qanlı cinayət törədib”, – bəyanatda deyilib.

Belqoroddakı terror aktı BMT Təhlükəsizlik Şurasında da müzakirə olunacaq. “Müzakirə ediləcək məsələlər arasında ukraynalı terrorçuların bir çox ölkədə qadağan olunmuş kaset güllələrindən mülki əhaliyə qarşı istifadə etməsi və bu ölümcül silahın tədarük mənbələri var”, – deyə məlumatda bildirilib.

Açıqlamada hücumun qəsdən mülki əhalinin sıx məskunlaşdığı şəhər mərkəzinin hədəf alındığı qeyd edilib.