“Qarabağı necə itirəcəyimizi gözləmək baxımından vaxt nisbi anlayışdır, bu fəlakəti dayandırmaq üçün çox az zamanımız var”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Alternativ Layihələr Qrupunun üzvü Vahe Hovannisyan deyib.
“Əgər 1 milyon 200 min erməninin yaşayacağı, sadəcə, Türkiyə infrastrukturuna xidmət edən bir bölgəyə çevrilməyə razıyıqsa, bunun üçün 5-10 il kifayət edir. Bir aydan sonra nələrin baş verəcəyindən, hökumətin nə işlər görməsi, nələrə razılaşmasından xəbərsizik. Amma nələrisə dəyişməliyik, sonra gec olacaq”, – o bildirib.
V.Hovannisyan vurğulayıb ki, ermənilərin öz dövlətlərini qorumaq, Qarabağı “əldə saxlamaq” üçün çox az vaxtları var:
“Demək olar ki, yeni müharibədən qaçmaq üçün şansımız qalmayıb”.
Ayşən Mustafa
Globalinfo.az