Hindistanda körpü uçdu, ölənlərin sayı 141-ə çatdı

Hindistanın Qucarat ştatında asma kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə yüksəlib.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə yerli NDTV məlumat yayıb.

Bildirilib ki, itkin düşənlərin axtarışı davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.