t q

Hindistan HHQ-nin beş hərbçisi “Corhat” hərbi hava bazasında “An-32” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan HHQ-nin məlumatında deyilir.

***12:31

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus AN-32 nəqliyyat təyyarəsi Assamdakı Corhat hava bazasına eniş edərkən qəzaya uğrayıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, qəza nəticəsində pilot ölüb.

Qəzanın səbəbləri araşdırılır.

***11:47

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) “An-32” təyyarəsi “Corhat” aviabazasına eniş edərkən qəzaya uğrayıb.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bu barədə “The Times of India” nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hindistan HHQ-nin “An-32” təyyarəsi “Corhat” aviabazasına eniş edərkən qəzaya uğrayıb. Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir”, – qurumun nümayəndəsi bildirib.

Hindistan HHQ-nin məlumatına görə, qəza nəticəsində baş verən yanğının söndürülməsinə başlanılıb. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qurbanlar barədə məlumat yoxdur.

Paylaş: