Hindistan ABŞ Prezidenti Donald Trampın əsas tələblərindən biri olan F-35 qırıcıları və digər müdafiə avadanlıqlarını almaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modinin hökuməti ABŞ istehsalı olan müdafiə texnikasının alışını nəzərdən keçirsə də, əlavə silah təchizatına ehtiyac duymur.
Yeni Dehli daha çox ölkə daxilində müdafiə sənayesinin inkişafı və istehsalının genişləndirilməsi ilə maraqlanır.
Xatırladaq ki, Tramp daha əvvəl Hindistan və Rusiya arasındakı iqtisadi əlaqələrə münasibət bildirərək “Onlar birlikdə ölü iqtisadiyyatlarını məhv edə bilərlər, mənim vecimə deyil”, – deyə açıqlama vermişdi.
Tahir Turan
Globalinfo.az