Hindistanın bizə verdiyi silahlar… – Karapetyan

“Nikol Paşinyan Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinə getməyəcək, çünki məğlub olacağını bilir. Ən yaxşı halda koalisiya hökuməti yarana bilər ki, Paşinyan onu da idarə edə bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri general Arşak Karapetyan deyib.

O, Hindistandan alınan silahlardan da danışıb:

“Təxminən bir il əvvəl Hindistandan Ermənistana silahlar gətirilib. Lakin onların heç biri istifadəyə yararlı deyil, kənarda qalıb”.

Ayşən Mustafa
Globalinfo.az