Hindistan Myanma ilə sərhəddə hasarlar çəkmək niyyətindədir.
Globalinfo.az “Report”-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Amit Şahın deyib.
Onun sözlərinə görə, tədbirlərin məqsədi Myanmadan Hindistan ərazisinə sərbəst gediş-gəlişi məhdudlaşdırmaqdır.
Yeni Dehli həmçinin sərhəd sakinləri üçün iki ölkə arasında sərbəst hərəkəti dayandırmağı planlaşdırır. Bu rejim 1970-ci illərdə qurulub, çünki Hindistan-Myanma sərhədində yaşayan insanların çox qohum olduğu üçün tez-tez sərhədi keçirdilər.
Nazir əlavə edib ki, həmin şəxslərə yaxın vaxtlarda qonşu ölkəyə daxil olmaq üçün viza da lazım olacaq.
Qeyd edək ki, üsyançılarla şiddətli toqquşmalardan sonra 600-ə yaxın Myanma ordusunun əsgəri Hindistan ərazisinə keçib. Hərbçilər Hindistanın Mizoram bölgəsinə sığınıblar.