Hindistan Ermənistanı silahlandırmağa davam edir – FOTO

Hindistan Ermənistana 30 və 40 mm-lik qumbaralar verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Hindistanın Aerokosmik Müdafiə Xəbərləri Agentliyi məlumat yayıb.

Məlumata görə, 150 min ədəd silah-sursatı Ermənistana “Munitions India Limited” şirkəti tədarük edəcək.

Şirkət iki ay əvvəl də Ermənistana 5 milyon ədəd 7,62 mm çaplı güllə çatdırıb.

Ayşən Mustafa
Globalinfo.az