
“Pakistanın əldə etdiyi kəşfiyyat məlumatlarına görə, Hindistan 24-36 saat ərzində ölkəmizə hərbi zərbə endirməyi planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaulla Tarar X platformasındakı paylaşımında bildirib.
Nazir vurğulayıb ki, Yeni Dehli Pahalqam hadisəsini əsas gətirərək Pakistana qarşı hücuma keçəcək.
Tarar ölkəsinin hər hansı hərbi təcavüz cəhdinə sərt cavab verəcəyini söyləyib.
Qeyd edək ki, ötən gün Cammu ərazisində iki ölkənin hərbçiləri arasında yeni atışma olub.
Əliyar Xəlil
Globalinfo.az