HƏMAS və İsrail bu məsələdə razılaşdı

İsrail və HƏMAS əsirlərin qismən mübadiləsi barədə razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bəyanatda deyilir: “İsrail tərəfindən saxlanılan fələstinli qadın və uşaqların HƏMAS-ın saxladığı 100 israilli girovla dəyişdirilməsinə dair razılıq əldə olunub”

Qeyd edilir ki, İsrailin cənubundakı döyüşlər zamanı HƏMAS 250-yə qədər adamı əsir götürüb. Onların arasında həm hərbçilər, həm də mülki şəxslər var. Bundan əlavə, üçüncü ölkələrin vətəndaşları da girov götürülüb.

Globalinfo.az