HƏMAS üzərində tam qələbə üçün bunu etməliyik – Netanyahu

“İsrail ordusunun Rafah əməliyyatı Həmas üzərində tam qələbə əldə etmək üçün zəruridir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrail bu əməliyyatı mülki əhali döyüş bölgəsindən təxliyə olduqdan sonra həyata keçirəcək.

“Cənubda biz Xan Yunis şəhərində HƏMAS batalyonlarını məhv edirik. Bunun davamı olacaq. Həmas üzərində tam qələbə üçün radikalların mərkəzdə qalan bütün batalyonları məhv edilməlidir. Odur ki, Qəzza zolağı və Rafahda əməliyyatlar davam edəcək”, – Netanyahu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az