HƏMAS ABŞ-ın İsrailə Qəzzadakı müharibəni bitirməsi üçün təzyiq edəcəyi halda istənilən sülh təşəbbüsünü qəbul edəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bunu HƏMAS-ın adından qruplaşmanın rəsmi nümayəndəsi Sami Əbu Zuhri açıqlayıb.
“Biz ABŞ administrasiyasını İsrailə Qəzzadakı müharibəni dayandırması üçün təzyiq etməyə çağırırıq. HƏMAS öz tərəfindən müharibənin bitməsini təmin edəcək istənilən təşəbbüsə müsbət yanaşmağa hazırdır”, – o bildirib.
Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin Yaxın Şərqə səfərə başlayır. Onun İsrailə də gəlməsi gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az