HƏMAS lideri Yəhya Sinvar Yəməndəki husilərin lideri Əbdülməlik əl-Husiyə məktub yazıb.
Globalinfo.az xəbər verir ki, Sinvar yazdığı məktubda Livan və İraqdakı qruplarla birgə səyləri artırmağa və düşməni məğlub etməyə çağırıb.
HƏMAS-ın İsrailə qarşı uzunmüddətli müharibəyə hazır olduğunu deyən Sinvar qələbəyə inandığını da gizlətməyib.
“Raketlərinizi düşmənin dərinliklərinə endirməkdə uğur qazandığınıza görə, sizi təbrik edirəm. Sizinlə, Livan və İraqdakı qruplarla birgə səylərimiz nəticəsində düşməni darmadağın edəcəyik”, – deyə Sinvar vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az