hemas 11

İordan çayının Qərb sahilində yerləşən Ariel qəsəbəsi yaxınlığında İsrail avtobusuna hücum olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, nəticədə ən azı 9 nəfər yaralanıb.

Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

HƏMAS sözügedən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bildirilib ki, atəş açan şəxs – 46 yaşlı Samir Məhəmməd Əhməd Hüseyn İzzəddin Əl-Qəssam Briqadalarının üzvü olub.

O, hücum yerində İsrail Müdafiə Qüvvələrinin hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Paylaş: