HƏMAS-ın siyasi bürosunun ilk qadın üzvü Cəmilə Əl-Şanti İsrailin hava hücumu nəticəsində öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşmaya bağlı mənbələr məlumat yayıb.
Onun harada öldürüldüyünə dair məlumat verilmir.
Qeyd edək ki, Cəmilə Əl-Şanti HƏMAS-ın həmtəsisçisi Əbdül Əziz Əl-Rantisinin həyat yoldaşıdır. Rantisi də 2004-cü ildə İsrailin hava hücumu zamanı öldürülüb.
Əliyar Xəlil
Globalinfo.az