68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 7

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında girov götürülmüş daha bir şəxsin cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Globalinfo.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın “Telegram” kanalında yayımlanıb.

“[İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi] razılaşmasının bir hissəsi olaraq yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00) daha bir israilli girovun cəsədini [tibb işçilərinə] təhvil vermək qərarına gəldik”, – açıqlamada vurğulanıb.

Paylaş: