HƏMAS İsraillə razılaşmanın bir hissəsi olaraq ən azı altı tanınmış fələstinli şəxsin azad edilməsində israr edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Misirin “Əl-Ghad” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, israilli girovlarla dəyişdirilməsi planlaşdırılan məhbuslar siyahısında FƏTH lideri Mərvan Barquti və Fələstinin Azadlıq Xalq Cəbhəsinin (AXCP) baş katibi Əhməd Səadət də var.
Hələ danışıqlar başlamazdan öncə HƏMAS Qəzza zolağında mübadilə və atəşkəs məsələsini müzakirə etmək niyyətində olduğunu açıqlamışdı. HƏMAS nümayəndələri həmçinin misirli vasitəçilərdən İsrailə təzyiq göstərməyi tələb ediblər. Onlar hərbi əməliyyatların bərpa olunmayacağına zəmanət verilməsini istəyiblər.
Əliyar Xəlil