İsrail ordusu Hizbullahın daha bir komandirini öldürdü – YENİLƏNİB

Livanda öldürülən Hizbullah komandirinin adı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Vissam Həsən Əl-Tavil İsrailin zərbələri nəticəsində öldürülüb.

Onun ləqəbinin Həcc Cavad olduğu qeyd edilir.

***15:51

İsrail ordusu Livanın cənubunda Hizbullah qruplaşmasının yüksək rütbəli komandirini zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Qeyd edək ki, bir qədrə əvvəl İsrail Baş naziri Benyamin Netanyahu Hizbullaha xəbərdarlıq etmişdi.