tehran 1

İranın paytaxtı Tehranda baş verən son hadisələr fonunda vəziyyətlə bağlı yeni məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, CNN-in məlumatına görə, paytaxta endirilən ardıcıl zərbələrdən sonra şəhər küçələrində ümumi sakitlik müşahidə olunur.

Kanalın danışdırdığı yerli sakinlərdən biri bildirib ki, gün ərzində gərginlik yaşansa da, axşam saatlarına doğru küçələr əsasən boşalıb və sakitlik hökm sürür.

Bununla yanaşı, İran rəsmilərindən biri paytaxtın şimalındakı rayonlarda hələ də partlayış səslərinin eşidildiyini açıqlayıb. Onun sözlərinə görə, bəzi yaşayış binalarının pəncərələrindən insanların qışqıraraq etiraz şüarları səsləndirdiyi də eşidilib.

Məlumata əsasən, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, lakin rəsmi qurumlar vəziyyətlə bağlı geniş açıqlama verməyib. Hadisələrin inkişafı regionda onsuz da artan gərginliyin daha da yüksələ biləcəyi ehtimalını gündəmə gətirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: