Delimitasiyanın hansı xəritə əsasında aparıldığı bilindi

“Hazırda demarkasiya SSRİ-nin son hüquqi qüvvəyə malik xəritələri əsasında aparılır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, bu prosesdə konkret bir xəritədən danışmaq düzgün deyil:

“Prosesin konkret bir xəritə üzrə aparıldığını demək düzgün deyil. Çünki Ermənistan sərhədinin perimetrinin tam demarkasiyasını təmin etməyə yönəlmiş hüquqi əsasları təqdim etmək bizim üçün vacibdir. Bu məntiqlə hərəkət edir və SSRİ-nin süqutu dövründə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edildiyi xəritələrdən istifadə edirik. Bunun bir məqsədi var: yeni müharibənin baş verməsi üçün əsasları ortadan qaldırmaq. Artıq işlərin 90%-i görülüb”.

Ayşən Mustafa
Globalinfo.az