Hatayda 35 saat sonra dağıntılar altından sağ çıxarıldı

Türkiyənin Hatay bölgəsində 35 saatdan sonra bir kişi dağıntı altından sağ olaraq xilas edilib.

Globalinfo.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb.