p 2

“Litva hava məkanını pozan hər hansı bir pilotsuz təyyarə vurulmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.

“Litva ərazisinə uçan istənilən pilotsuz təyyarə təhlükə yaradır. Onun haradan göndərildiyini, hara uçmalı olduğunu və ya məqsədlərinin nə olduğunu belə bilmirik”, – deyə o qeyd edib.

Siyasətçinin sözlərinə görə, ölkə dronlar sahəsində Ukrayna ilə daha sıx əməkdaşlıq qurmalıdır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: