“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Belqorodda İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalı hərbi əsirlərin siyahısını yayımlayıb.
Globalinfo.az xəbər verir ki, M.Simonyanın paylaşdığı siyahıda Ukrayna Silahlı Qüvvələrinin üzvü olduğu bildirilən 65 hərbçinin kimliyi qeyd olunub.
Xatırladaq ki, Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsinin partlaması nəticəsində 74 nəfər həlak olub.
