Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyada səfərdədir. H.Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Görüş zamanı Kreml rəhbəri Türkiyənin BRİKS-ə maraq göstərməsini alqışladığını bildirib və bu yöndə Ankaraya dəstəyini göstərəcəyini ifadə edib.
Türkiyәnin xarici işlər naziri Hakan Fidan BRİKS-ә üzv ölkәlәrin xarici işlər nazirləri toplantısı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə də görüşüb.
Görüşdə ikitərəfli və regional əlaqələr müzakirə edilib, Türkiyə üçün əhəmiyyət kəsb edən iqtisadi məsələlər gündəmə gətirilib.
Tәrәflәr Qəzzadakı son vəziyyəti də qiymәtlәndiriblәr.
Qeyd edək ki, Hakan Fidan Nijni Novqorod şəhərində Kubanın xarici işlər naziri Bruno Rodriqez Parrilla ilə də görüşüb.