
Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri başa çatıb.
Globalinfo.az xəbər verir ki, Rusiya və Şimali Koreya liderləri qucaqlaşıb, əl sıxaraq ayrılıblar.
Putin Pxenyan hava limanında vidalaşarkən Kim Çen İnə əlaqə saxlayacağına söz verib.
“Biz əlaqə saxlayacağıq”, – deyə Kreml rəhbəri Şimali Koreya liderinə təşəkkürünü bildirib
Qeyd edək ki, səfər çərçivəsində Rusiya və Koreya arasında birgə sənədlərin imzalanması baş tutub. KXDR-ə səfərini başa vuran Rusiya dövlət başçısı Vyetnama gedib.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Globalinfo.az