hakan fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Fələstinin HƏMAS hərəkatının Siyasi Büro üzvləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fidan hərəkatın şurasının sədri Məhəmməd Dərviş İsmayılla da görüşüb. Görüş zamanı bölgədəki, xüsusilə Qəzzanın şimalındakı humanitar vəziyyət müzakirə edilib.

Görüşdə həmçinin girovların mübadiləsinə imkan verəcək atəşkəs razılaşmasının əldə edilməsi üçün aparılan danışıqlarda son vəziyyət müzakirə olunub.

Bundan başqa görüş zamanı fələstinlər arasındakı barışıq prosesinə də toxunulub.

Paylaş: