“İsmail Kartal telefonlarını söndürüb və onunla əlaqə saxlamaq mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli jurnalist Yağız Sabuncuoğlu yazıb.
Jurnalistin sözlərinə görə, “Fənərbağça”nın bu gün keçirilən məşqinə Dirk Kuyt və Zeki Göle rəhbərlik edib:
“İsmail Kartalın isə klubun təlim-məşq bazasına gəlmədiyi qeyd olunub.“Fənərbağça” rəhbərliyinin gün ərzində Kartalla görüş keçirməsi gözlənilir”.
Qeyd edək ki, təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında “Fənərbağça” ilə “Roma” arasında keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra istefa verdiyini açıqlamışdı.
Safura Bənnayeva
Globalinfo.az