tt 91

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib.

Globalinfo.az bildirir ki, 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale) üzrə 16 bal olaraq dəyərləndirilib. Müayinələr zamanı sağ orta beyin arteriyasının tromboemboliyası aşkarlanıb.

İnvaziv radioloq Ağakişi Yəhyayev tərəfindən pasiyentə təcili mexaniki trombektomiya icra olunub. Tromb damardan çıxarılaraq beynin qan dövranı bərpa edilib.

Müdaxilədən sonra pasiyentin müalicəsi İnsult Mərkəzinin şöbə müdiri Minarə Çərkəzzadə və həkim-nevroloq Emin Nəsirovun nəzarəti altında davam etdirilib. Müalicə nəticəsində NIHSS göstəricisi 16 baldan 8 bala, ikinci gün isə 0 bala enib. Nevroloji əlamətləri tam aradan qalxan pasiyent 5 günlük stasionar müalicədən sonra evə buraxılıb.

Qeyd edək ki, Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə icra olunan mexaniki trombektomiya insult zamanı tıxanmış beyin damarının açılmasına və qan dövranının bərpasına imkan verən müasir müalicə üsuludur.

tt 92 tt 93

Paylaş: