Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin direktoru Ken Makkallum Rusiya və Çini “əjdaha” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “The Independent” nəşrinə açıqlamasında danışıb.
“İndi biz iki dünyanın ən pis variantı ilə üz-üzəyik: əjdahalar geri qayıdıb, amma ilanlar hələ də mövcuddur”, – deyə MI5 rəhbəri bildirib.
Makkallum “əjdahalar” ifadəsi ilə Rusiya və Çini, “ilanlar”la isə islamçı qruplaşmaları nəzərdə tutduğunu deyib.
Onun istifadə etdiyi ifadə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Ceyms Vulsi ilə əlaqələndirilir.
Vulsi Soyuq müharibənin başa çatmasından sonra Qərbin “böyük əjdahanı” məğlub etdiyini söyləmişdi.
Safura Bənnayeva
Globalinfo.az