44 günlük Vətən müharibəsi qazisinə vəzifə verilib.
Globalinfo.az bildirir ki, “Unikal”ın məlumatına görə, Sərxan Yaşar oğlu Abbasov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində olan Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Abbasov ehtiyatda olan gizirdir.