Hakan Fidan bu türk ölkəsinə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 9-da Qırğız Respublikasının XİN rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə Qırğızıstana rəsmi səfər edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşlər zamanı Türkiyə-Qırğızıstan ikitərəfli münasibətlərinin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.