HƏMAS-ın ən əsas liderlərindən biri məhv edilib – Netanyahu

HƏMAS-ın dördüncü ən əsas adamı məhv edilib.

Globalinfo.az xəbər verir ki. bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Biz tam qələbəyə çox yaxınıq. Bu qələbəyə gedən yolda biz artıq HƏMAS-ın dördüncü ən əsas liderini sıradan çıxarmışıq. Növbə digər liderlərindir”, Netanyahu vurğulayıb.

Bu bəyanat HƏMAS hərəkatının üçüncü komandiri, təşkilatın hərbi qanadının rəis müavini Mərvan İsanın məhv edilməsi fonunda verilib. “The Times of Israel”  dördüncü liderin yanvarda öldürülən HƏMAS-ın siyasi büro rəhbərinin müavini Saleh əl-Aruri olduğuna işarə edib.

Qeyd edək ki, İsrail Qəzza zolağının tam blokadaya alındığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az