basqin

Gürcüstan polisi  Tbilisidə prezident sarayına basqın etmək cəhdinə görə daha 16 nəfəri saxlayıb.

Globalinfo.az xəbər verir ki, bununla da  məhbusların ümumi sayı 62-yə çatıb.

Qeyd edək ki, oktyabrın 4-də Tiflisdə minlərlə etirazçı şəhərin mərkəzində yerləşən Prezident Sarayına basqın etməyə cəhd göstərib. Etirazçılar Azadlıq meydanında toplaşaraq hakimiyyətin xalqa məxsus olduğunu bildiriblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: