Deyirsiniz, Azərbaycan müharibəyə hazırlaşır, özünüz isə… – Kaqinyan

“Əgər siz ailənizi toplayıb Münhenə getmisinizsə və Əliyev Qərb platformasına gəlibsə, niyə sülh müqaviləsini imzalamadınız, niyə sülhün qovşağına çevrilmədiniz? Səhərdən axşama kimi burada səsinizi ucaldırsınız ki, Azərbaycan müharibəyə hazırlaşır, niyə o platformadan istifadə edərək o mühüm təhlükəsizlik məsələsini qaldırmadınız?”

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Ani Kaqinyan yazıb.

“Üstəlik, oradan kommunist Manuşyanın sümüklərini yenidən basdırmaq üçün Parisə getdin, Praqada yatan Makronu qucaqladın, razılaşdın ki, Fransa öz yararsız silahlarından bir neçəsini sənə versin, faşist Zelenski sənin sayəndə Ermənistana gəlsin. Siz bizim özünüzlə düşmənçiliyimizi dərinləşdirdiniz. Yeni müharibə ehtimalı ilə qayıtdınız. Bu qlobal böhranda vektoru dəyişmək hüququnu sənə kim verib, ay axmaq?” – Kaqinyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az