İrəvanın mərkəzindən Bakıya verilən mesaj ölkəni silkələdi – Ermənilər təşvişdə

irevan 14523 900x506 1

Yanvarın 30-da İrəvanın mərkəzi “Respublika” meydanında bir qrup İran azərbaycanlısının “Qarabağ” mahnısını ifa etməsi Ermənistanda böyük səs-küyə səbəb oldu.

Ölkənin Milli Təhlükəsizlik Xidməti dərhal həmin şəxslərin adlarını açıqladı və hamısının İran vətəndaşı olduqlarını bildirdi. Lakin sözügedən məsələ erməni ictimaiyyətində ciddi narahatlıq yaratdı. Hətta çoxları bunu Bakının İrəvana xüsusi siyasi mesajı kimi dəyərləndirir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısının səslənməsi qürurverici hadisədir:

“Hər şey belə kiçik detallarda gizlidir. İlk olaraq qeyri-adi hadisə kimi səslənməsə də, mühüm olduğunu düşünürəm.

Aydın məsələdir ki, bunu hansısa Azərbaycan vətəndaşı etməyib. Belə bir şey indiki reallıqlarda mümkünsüzdür. Böyük ehtimalla edənlər Güney azərbaycanlı soydaşlarımızdır. İran vətəndaşları olduqları üçün bu addıma görə onlara kimsə nə isə deyə bilməz”.

1671105283 qabil huseynli
Qabil Hüseynli

Politoloq vurğulayıb ki, qürurverici olan bir digər məqam bunun məhz güneyli soydaşlarımız tərəfindən öz təşəbbüsləri ilə icra edilməsidir:

“Bu addım əslində güneyin şimala olan sevgisi, sədaqətindən irəli gəlir. Fikrimcə, qeyd edilən məsələ həm Ermənistana, həm də İrana xəbərdarlıq olmalıdır. Bizim 35 milyonluq Güney azərbaycanlı soydaşımız var və bu kimi kiçik jestlərlə yanımızda olduqlarını göstərirlər”.

Turan Rzayev
Globalinfo.az