Günəşdə növbəti partlayış oldu: Rabitə kəsilə bilər

Martın 10-da Günəşdə yarım saatdan çox davam edən kosmik fırtına qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bundan əvvəl martın 9-na keçən gecə Günəşdə güclü partlayışı qeydə alınıb və 13 dəqiqə çəkib.

Bildirilir ki, Günəşdə baş verən partlayışlar Yerdə maqnit qasırğalarının baş verməsinə səbəb ola, həmçinin rabitə siqnallarını poza bilər.