ntttttyyyyyyyy

Göygöldə yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 315 kvadratmetr olan tamet sexində anidən yanğın olub.

Dərhal əraziyə FHN-in Göygöl Rayon Yanğından Mühafisə Hissəsinin 2 yanğınsöndürən avtomobili, 12 canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə zamanı sexin 20 kvadratmetri yanıb, obyektin qalan hissəsi yanğınsöndürənlər tərəfində mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

2a3b6804 c771 41dc acac 92835ba0cb25

Paylaş: