Göyçay və Ağdamda güclü qasırğa – Ölən və yaralananlar var – FOTO / YENİLƏNİB

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Globalinfo.az-a açıqlamasında deyib.

O, bildirib ki, avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F. Abdullayev ürəktutmadan dünyasını dəyişib.

Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qarabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar.

Zaira Akifqızı

***

Göyçay rayonunda güclü külək və qasırğa 2 nəfərin ölümünə səbəb olub, yaralananlar var.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib.

Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir.

***

Göyçay və Ağdamda hazırda şiddətli hava şəraiti qeydə alınır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda rayonda güclü küləklə yağış müşahidə olunur.

Göyçayda qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb.

İlkin məlumatlara görə, bəzi ticarət obyektləri və iş yerlərinində yağışın şiddətli olması səbəbindən obyektləri dam örtüyündən su basıb.

Ağdamda yağışla müşahidə olunan külək rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektik naqillərini qırıb.

Rayonun Qaradağlı kəndində kökündən qopan ağac avtomobilin üstünə aşıb. Məmmədov Xəqani Rəhbər oğluna məxsus VAZ-2106 markalı avtomobillə hərəkətdə olduğu maşının üstünə aşan ağac avtomobili yararsız hala salıb, sürücü xəsarət almayıb.