Sabiq deputat 34-cü dəfə Həcc ziyarətinə getdi? – Açıqlama

Sabiq deputat Hacı Qalib Salahzadə bu il 34-cü dəfə Həcc ziyarətinə gedəcəyini açıqlamışdı. Artıq Həcc ziyarətinə gedən zəvvarlar yola düşüb. Maraqlıdır, Q.Salahzadə həmin şəxslər arasında yer alıbmı?

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Hacı Qalib Salahzadə ilə əlaqə saxlayıb.

O, hava şəraiti ilə əlaqədar ziyarətə gedə bilmədiyini bildirib:

“Bildiyimə görə, Ərəbistanda 42 dərəcə isti var. Yaşlı adamam, sağlamlığım da o deyil. Ona görə də Allah nəsib edərsə, noyabr-dekabr aylarında Həcc ziyarətinə gedəcəyəm”.

Zaira Akifqızı
Globalinfo.az