17521252365916261270 1200x630

***12:11

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında BƏƏ-nin Əbu-Dabi şəhərində görüş baş tutub. Görüşə dair yeni görüntülər paylaşılmaqdadır. Danışıqlar öncəsi yayılan fotolar, daha doğrusu, görüntülərdəki detallar diqqət çəkir.

Məsələn, hər iki liderin sağ və sol tərəfində dörd nəfər əyləşib. Diqqətlə baxdıqda, Azərbaycan tərəfinin oturuşu və bədən dili daha nizamlı və sərtdir.

Liderlərin arasında sadə, kiçik bir masa var. Üzərində yalnız su və stəkanlar yerləşdirilib. Bu, minimalizm və diplomatik tərzdə neytrallıq göstəricisidir. Eyni zamanda psixoloji olaraq “ortaq masa yoxdur, lakin bir masa paylaşılır” mesajı verir.

Hər iki tərəf simmetrik görünsə də, Azərbaycanın duruşu daha peşəkar xarakter daşıyır. Ermənistan tərəfi isə daha çox “danışmağa gəlmiş” mövqedədir.

Azərbaycan heyəti nisbətən tünd tonlarda geyinib. Bu da onların daha ciddi görünməsinə səbəb olur.

Daha ətraflı videoda:

turan rzayev

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: