64b9c561786e664b9c561786e7168989628964b9c561786e364b9c561786e4
İran hərbi dəniz qüvvələrinin qayıqları Hörmüz boğazında ABŞ bayrağı altında üzən tankerə yaxınlaşaraq yoxlama üçün onun dayandırılmasını tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Qeyd olunub ki, əmrə baxmayaraq, “Stena Imperative” tankeri sürətini artırıb və kursunu davam etdirib, bundan sonra isə Amerika hərbi gəmisi tərəfindən müşayiət olunub.
Şirkət vurğulayıb ki, gəmi İranın ərazi sularına daxil olmayıb və 5 fevralda çatacağı gözlənilən Bəhreyndəki təyinat yerinə doğru üzməyə davam edir.
Tahir Turan
Globalinfo.az

Paylaş: