Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı ölkə vətəndaşlarına silah paylamaq əmri verib.
Globalinfo.az xəbər verir ki, əmr çərçivəsində iki ay təlim keçmiş şəxsərə “Kalaşnikov” tipli silahlar verilib, lakin sursatın paylanıb-paylanmadığı barədə dəqiq məlumat yoxdur.
Bu addım ABŞ donanmasının ölkə ətrafında hərbi aktivliyini artırdığı iddiaları fonunda atılıb.
Silah paylanması və hərbi hazırlıq geniş miqyasda “işğala hazırlıq” kimi qiymətləndirilir. Baxmayaraq ki, həm rəsmi Karakas, həm də Vaşinqton bu gərginliyin səbəbləri və məqsədləri barədə fərqli narrativlər təqdim edirlər.
Tahir Turan
Globalinfo.az