Növbə üstündə adam döyən şəxs həbs edildi – YENİLƏNİB

Gəncə sakininə gözündən ağlr xəsarət yetirən şəxs həbs olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə Elçin Fərhadzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Gəncə sakininin gözünə yumruqla ağır xəsarət yetirən şəxs həbs olunub - YENİLƏNİB  - FOTO

***09:24

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib.

Daha sonra naməlum şəxs E.Məmmadovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmadovun göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.