Gəncədə evdə qaz partladı: xəsarət alan var – YENİLƏNİB

xestexana

1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) 16.06.2025-ci il tarixində saat 14:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, üz nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

***16:08

Gəncə sakini yanıq xəsarətləri alıb.

Globalinfo.az xəbər verir ki, şəhər sakini 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, G.Əsgərova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.