Gəncədə Cihazqayırma zavodunda güclü yanğın

Gəncədə Cihazqayırma zavodunda yanğın olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, yanğın zavodun ərazisində yanacaq çənində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.