TBMM-in sabiq deputatı ermənilərdən qaçıb kilsəyə girdi, ardınca isə…

2015-2023-cü illərdə Türkiyə Böyük Millət Məclisində deputat olmuş Xalqların Demokratik Partiyasının (HDP) üzvü Qaro Paylan ABŞ-da Los-Anceles şəhərində yerləşən Müqəddəs Qevondats kilsəsindən çıxarılıb.

Globalinfo.az xəbər verir ki, kilsədəki ermənilər onu “türk casusu”, “Ərdoğanın adamı” adlandıraraq mərasim zalından qovublar. Ermənilərin Paylana təzyiq göstərməyə çalışdığı, onun bundan yayınmaq üçün kilsəyə daxil olduğu, daha sonra oradan da uzaqlaşdırıldığı bildirilir.

Həmin vaxt Paylanı Nikol Paşinyanın yaxın dəstəkçilərindən Hnçakyan Partiyasından Mihran Xaçaturyanın müşayiət etdiyi deyilir.

Qeyd edək ki, Qaro Paylan Türkiyədə saxta “erməni soyqırımı” və “erməni haqları”nın aktiv müdafiəçilərindəndir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana barışmaz mövqeyi ilə tanınır. Paylanın hazırkı İrəvan hakimiyyəti və erməni kilsəsi ilə yaxın əlaqələri var.

Ayşən Mustafa
Globalinfo.az