Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində saqqallı qadın və qadın paltarı geyinmiş kişilərin ifasında “Son şam yeməyi”nin parodiyası nümayiş etdirilib. İranın ali dini lideri Ayətullah Əli Xamenei Paris Olimpiadasının açılış mərasimində İsa Məsihin surətinin təhqiramiz şəkildə nümayiş etdirilməsini pisləyib.
Globalinfo.az xəbər verir ki, Xamenei bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“Bizim xristianlarla ümumi dini inancımız var”, – deyə Xamenei bildirib.
İranın mədəniyyət və islami irşad naziri Parisdə İsa Məsihin təsvirinin təhqiramiz olduğunu və bütün qırmızı xətlərin keçildiyini bildirib. Onun fikrincə, xristianlığın zəngin tarixi olan Fransa utanmalıdır.
Qeyd edək ki, Fransanın bu addımı bütün dünyanın, o cümlədən ölkə yepiskopunun kəskin tənqidinə səbəb olub. Paris Olimpiadasının təşkilat komitəsi qalmaqallı parodiyaya görə üzr istəyib.
Müşviq Tofiqoğlu
Globalinfo.az