Fransa və Ukrayna arasında yeni saziş imzalandı

Fransa və Ukrayna təhlükəsizlik zəmanəti haqqında saziş imzalayıb.

Globalinfo.az xəbər verir ki, Fransa və Ukrayna prezidentləri 10 il müddətinə təhlükəsizlik sahəsində zəmanət və əməkdaşlıq haqqında saziş imzalayıb:

“Biz 10 il müddətinə müqavilə imzaladıq və bu, Ukrayna NATO-ya üzv olana qədər qüvvədə qalacaq”, – Makron bildirib.

O, Ukraynanın Avropa İttifaqına qoşulacağına əminliyini ifadə edib. Makron qeyd edib ki, keçmiş müqavilələrdən fərqli olaraq, bu sənədlər daha konkretdir.

Qeyd edək ki, bu sazişin bir hissəsi olaraq Fransa Ukraynaya əlavə 3 milyard avroluq hərbi yardım verməyi planlaşdırır. Bura müdafiə sənayesi, hərbi təlim, kəşfiyyat və mülki yardım sahəsində əməkdaşlıq daxildir.

Əliyar Xəlil
Globalinfo.az