Fransa səfirliyindən Tərtərdə mina partlayışı ilə bağlı BƏYANAT

Fransanın Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı bəyanat yayıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə səfir An Bualon bu barədə Tviterdə bildirib.

“Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim. Mərhumun ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir” – diplomat qeyd edib.