Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Globalinfo.az bildirir ki, APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

 

 

Fizika üzrə 2022-ci il Nobel mükafatı qalibləri Alain Aspect, John F. Clauser, Anton Zeilinger olub.